Yuxarı

“Tanrının adamları” işıq üzü gördü - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Tanrının adamları” işıq üzü gördü - Foto

Şair, yazıçı Ruzbeh Məmmədin “Tanrının adamları” adlı yeni hekayələr toplusu işıq üzü görüb.

Kult.az xəbər verir ki, ədəbi mühitdə özünəməxsus poetik dili ilə tanınan müəllifin bu kitabı “Parlaq imzalar” nəşriyyatında çap olunub.

​Mövzu və süjet xətti baxımından kənd həyatının səmimi, sadə və məsum insanlarının taleyindən ilhamlanaraq yazılan topluda ümumilikdə 12 hekayə yer alıb.

Əsərlərdə insan münasibətlərinin dərinliyi, mənəvi dəyərlər, torpağa və doğma ocağa bağlılıq, eyni zamanda kənd mühitindəki insanların daxili aləmi poetik və kövrək bir dildə oxucuya çatdırılır.

Qeyd edək ki, bu kitab müəllifin poetik yaradıcılıqdan sonra qələmə aldığı ilk nəsr əsəridir. Onun bundan əvvəl “365 gün” və “Gecə saat üçdür və mən səni sevirəm” adlı şeir topluları nəşr edilib.

“Tanrının adamları” kitabı isə şairin nəsr müstəvisindəki ilk uğurlu addımı və oxuculara yeni bədii təqdimatıdır.

Tarix
2026.10.10 / 13:27
Müəllif
Kult.az
Digər xəbərlər

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla