Yuxarı

Azərbaycanın tanınmış şairi vəfat etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın tanınmış şairi vəfat etdi

Görkəmli şair, tərcüməçi, "Ədəbiyyat qəzeti"nin baş redaktoru olmuş Ayaz Vəfalı vəfat edib.

Kult.az Ölkə.az-a istinadla xəbər verir ki, bunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kulturoloq Aydın Xan bildirib.

A.Vəfalı 89 yaşında dünyasını dəyişib.

Ayaz Vəfalı 1937-ci il aprelin 1-də Azərbaycanın Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb (1954–1959).

Mərhum şair əmək fəaliyyətinə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında başlayıb. Burada texniki katib, ədəbi işçi, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini olub (1960–1976). "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində işlədikdən sonra (1976–1977) yenidən "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1977–1978), məsul katib (1978–1993), baş redaktorun müavini (1993–1996) vəzifələrində çalışıb. 1996–2014-cü illərdə "Ədəbiyyat qəzeti"nin baş redaktoru olub.

Allah rəhmət etsin!

Tarix
2026.10.11 / 12:51
Müəllif
Kult.az
Digər xəbərlər

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla