Yuxarı

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

Fransanın Nitsa şəhərinin rəhbərliyi Azərbaycana qarşı hərbi cinayətlərə görə Bakıda həbs cəzası çəkən erməni əsilli şəxslərə “fəxri vətəndaşlıq” verib.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Yaşamaq Ölkəsi Partiyasının həmtəsisçisi Mane Tandilyan məlumat yayıb.

Tandilyan bildirib ki, bu qərar şəhər meri Erik Siottinin istəyi çərçivəsində qəbul olunub:

“Mer erməni məhbusların fotolarının onların taleyinə beynəlxalq diqqəti qorumaq məqsədilə bələdiyyə binasının barmaqlıqlarında saxlanılacağını da bildirib”.

Tandilyan bu addımı “humanizm və prinsipiallıq nümunəsi” kimi dəyərləndirib. Bununla yanaşı, o, Nitsanın mövqeyini rəsmi İrəvanın siyasəti ilə müqayisə edərək Ermənistan hakimiyyətini tənqid edib.

Qeyd edək ki, Fransa hakimiyyəti, eləcə də bu ölkədəki müxtəlif dairələr son vaxtlar Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edirlər. Rəsmi Bakı bu vəziyyətin qəbuledilməz olduğunu bildirir.

Xatırladaq ki, “Bakıda saxlanılan erməni məhbuslar” dedikdə, hərbi cinayətlərə görə həbs yatan Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və digər terrorçuları nəzərdə tutulur.

Tarix
2026.11.21 / 23:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla