Ağdamda məktəbli itlərin hücumuna məruz qaldı - Video
20:02
| Ana səhifə Hadisə |
|
Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalaraq xəsarət alıb.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Belə ki, Ağdam rayon 150 saylı tam orta məktəbin şagirdi hazırlıqdan evə gedərkən bir neçə sahibsiz itin hücumuna məruz qalıb. Səs-küyə gələn yaxınlıqda yaşayan sakinlər qızı itlərin hücumundan xilas ediblər.
Hadisə nəticəsində məktəbli qız ayağından xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
|
Tarix
2026.11.21 / 20:02
|
Müəllif
Axar.az
|