Yuxarı

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

Bu gün gecə saat 1:30 radələrində Bolqarıstan Respublikasının Byala şəhərindən 18 dəniz mili şərqdə, Qara dəniz akvatoriyasında “CHELSEA-3” adlı yük gəmisi dron hücumuna məruz qalıb.

Bu barədə Axar.az-a XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 15 nəfərdən ibarət gəmi heyətində olan 8 nəfər vətəndaşımızın hamısı xilas edilib, onlardan 1 nəfər, 1993-cü il təvəllüdlü Ramin Rauf oğlu Qəmbərli hazırda Varna şəhərindəki hərbi hospitala yerləşdirilib və onun səhhəti nəzarətdə saxlanılır:

"Digər 7 nəfər Azərbaycan vətəndaşı ilkin tibbi müayinədən keçib, onların vəziyyəti qənaətbəxşdir. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də onların ölkəyə təhlükəsiz qayıdışının təşkili istiqamətində zəruri tədbirlər görülür.

Bir daha, Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırırıq".

Tarix
2026.10.13 / 17:04
Müəllif
Axar.az
Digər xəbərlər

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

İranda qızlar başını necə bağlayır? - Fotolar

Prezidentlərin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla