Yuxarı

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Jurnalist Sevil Nuriyeva xalq artisti Zeynəb Xanlarova ilə görüşüb.

Axar.az xəbər verir ki, o, bu barədə Feysbukda paylaşım edib.

“Bu gün İstanbulda türk dünyasının əfsanəvi sənətkarı, dəyərli Zeynəb Xanlarova ilə yenidən görüşməyin sevincini yaşadım. Ona heyranlıq edəndə balaca uşaq idim. İllər keçdi və aramızda ailə dostluğumuz başladı. O, televiziya verilişlərimin qonağı olurdu, nə vaxt dəvət etsəm, həmişə müsbət cavab verirdi.

Tarixi hadisələrin şahidi olmuş, milli kimliyi və yaddaşı özündə təcəssüm etdirən, millət və vətən dəyərlərinə sahib əfsanəvi şəxsiyyət... Zeynəb Xanlarova ilə uzun söhbətdən aldığım ilhamı sözlə ifadə edə bilmirəm. O, mənə həmişə "Sevil can" deyə müraciət edir. Uşaqkən nənəm belə deyirdi. Bilmirəm niyə, amma yenə də çox kövrəldim. Əziz Zeynəb xanım, Allah sizi qorusun. Ömrünüz bərəkətli olsun”, - o qeyd edib.

Xatırladaq ki, Z.Xanlarovanın Türkiyədə implant əməliyyatı keçirdiyi haqda məlumat yayılmışdı.

Tarix
2026.10.05 / 15:06
Müəllif
Kult.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla