Yuxarı

Bülbüloğlu ilə bağlı şok fakt: Tapança alıb, aeroporta getdik

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bülbüloğlu ilə bağlı şok fakt: Tapança alıb, aeroporta getdik

Qara Qarayev Amerikadan gələndə Polad Bülbüloğlu ilə tapança alıb onu aeroportda qarşılamağa getmişdik.

Kult.az xəbər verir ki, bu sözləri APA-ya müsahibəsi zamanı Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzim Kərimoğlu deyib.

"Polad üçüncü kursda oxuyanda mən birinci kursda oxuyurdum. Qara müəllim Amerikaya getmişdi. Bilmirəm, başımız işləmirdi, yoxsa çox cavan idik, hər nədirsə, getdik "Dinamo" mağazasına, oradan hərəyə bir dənə start tapançası aldıq.

Dedik, hamımıza alaq, gedək müəllimimizi (əlini yuxarı qaldırıb tapança edir, gülümsəyərək) part-part. Amerikadan gəlib kişi. Aeroportda adam elə şey edər?

Aləm dəydi bir-birinə. Milis gəldi. Yaxşı ki, Qara müəllim araya girdi. Amma sonra bizi danlamışdı ki, belə şey olar? Nə isə, onu belə qarşıladıq. Aeroporta bir yerdə getmişdik, elə Poladın maşınında... Mən, Lyonya Vaynşteyn", - o qeyd edib.

Tarix
2026.10.09 / 00:59
Müəllif
Kult.az
Digər xəbərlər

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla