Binəqədi şossesində hərəkət tam məhdudlaşdırılacaq
21:59
| Ana səhifə Toplum |
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Clean Home” MMC-nin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək.
Axar.az xəbər verir ki, aktiv məşğulluq tədbiri 14 oktyabr 2026-ci il tarixində, saat 10:30-da Şükürbəyli kənd inzibati binasında təşkil olunacaq.
Yarmarkada qeyd edilən MMC üzrə vakansiyalar təqdim ediləcək.
Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
|
Tarix
2026.10.13 / 21:15
|
Müəllif
Axar.az
|