Yuxarı

“Azəriqaz” 9 ayda bu mərkəzlərdə 52 mindən çox xidmət göstərib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəriqaz” 9 ayda bu mərkəzlərdə 52 mindən çox xidmət göstərib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları 2026-cı ilin yanvar-sentyabr ayları ərzində “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 34 504 vətəndaşa ümumilikdə 20 növ xidmət üzrə 52 652 xidmət göstərib.

Axar.az xəbər verir ki, Birliyin əsas prioriteti istehlakçı müraciətlərinin operativ və hərtərəfli cavablandırılmasıdır. Vətəndaş məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirləri davam etdirən “Azəriqaz” xidmət prosesində innovativ yanaşmaların tətbiqinə xüsusi önəm verir. Bu yanaşmalar vətəndaşların vaxtına və vəsaitinə qənaət etməklə yanaşı, qaz təchizatı ilə bağlı xidmətlərin daha əlçatan və rahat şəkildə təqdim olunmasına imkan yaradır.

Hazırda “Azəriqaz” İB xidmət pəncərələri vasitəsilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Bakı şəhərində fəaliyyət göstərən 3 “ASAN Kommunal” mərkəzində, həmçinin Sumqayıt şəhərində və regionlarda yerləşən 19 “ASAN xidmət” mərkəzində vətəndaşlara 20 növ xidmət göstərir.

Xidmətlərin təqdim olunduğu regional mərkəzlər Sumqayıt, Şamaxı, Kürdəmir, Gəncə, Masallı, Lənkəran, Şuşa, Naxçıvan, İmişli, Sabirabad, Salyan, Tovuz, Mingəçevir, Ağcabədi, Bərdə, Quba, Şəki, Balakən və Qəbələ şəhərlərində fəaliyyət göstərir.

Tarix
2026.10.13 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla