Yuxarı

Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx

Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır.

Axar.az Lent.az-a istinadla xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Real TV-yə müsahibəsində bildirib.

"Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik. Amma vətəndaş kimi danışa bilərik. Hicab Allahın bizə göndərdiyi vacib məsələdir. Onun hansı yaşda istifadə edilməsini alimlər bilirlər. Məktəbli formalarında hicab amili qeyd olunmayıb, həmçinin Azərbaycanda da hicab qadağan olunmayıb.

Çox heyifsilənirəm ki, bəzi qüvvələr həm daxildə, həm də xaricdə Azərbaycanda müsəlmanlara əziyyət verildiyi ilə bağlı fikirlər yaymağa çalışırlar. Məktəbli formalarını siyasi məsələ kimi istifadə edərək dövlətçiliyə dil uzadır, müəyyən insanları dövlətə qarşı qaldırırlar. Bu, qəbulolunmazdır. Çünki insanlar Azərbaycanın müstəqilliyini bərpa etmək üçün canlarından keçiblər.

Hicab məsələsini ortaya atanların məqsədi müsəlmançılıq deyil. Şikayəti, narazılığı olan şəxslər nazirlərin qəbuluna düşə, fikirlərini bildirə bilərlər. Amma məktəblərdə səs-küy salmaq, uşaqları tədrisdən geri qoymaq heç doğru addım deyil", - o deyib.

Tarix
2026.10.13 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla