Yuxarı

Azərbaycana xəyanət edən diplomat əzablar içində öldü

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana xəyanət edən diplomat əzablar içində öldü

1813-cü ilin 12 oktyabrında “Gülüstan” sülh müqaviləsi imzalanıb. Bu tarixdə Azərbaycanın ikiyə parçalanmasının bünövrəsi qoyulub.

Müqaviləyə qədər Azərbaycanın ümumi ərazisi 410 min kvadrat kilometr idi, müqavilə bağlandıqdan sonra Azərbaycanın bir hissəsi, o cümlədən Qazi-Qumuq, Tiflis, İrəvan və Qarabağ xanlıqları Rusiyanın himayəsinə keçdi. Az sonra Quba, Dərbənd, Şirvan və Bakı xanlıqları da Rusiya qoşunları tərəfindən işğal olundu.

Çox maraqlıdır ki, Çar Rusiyası ilə Osmanlı İmperiyası arasında 1812-ci ilin yayında imzalanan Buxarest müqaviləsinə əsasən, Osmanlı İmperiyası rusların Qafqazı işğalını tanıyır, bu torpaqlara olan iddiasından əl çəkirdi. Artıq Azərbaycanın ikiyə bölünməsi Rusiya, Qacar, Osmanlı və digər dövlətlər öz aralarında razılaşmışdı.

Çox az adam bilir ki, Gülüstan müqaviləsinin tərtibi Qacar və Rusiya dövləti arasında olsa da, onun ilkin versiyası rus dilində, sonra fars dilinə çevrilsə də, Azərbaycana zərbə vuran müqavilənin hazırlanması İngiltərənin Qacarlardakı səfiri ser Gore Ouseley və ser Harford Cons olub.

Qacar dövlətini danışıqlarda təmsil edən şahın vəkili Mirzə Əbdülhəsən xan Şirazi idi. O, Qacar dövlətinin Britaniyada səfiri olub və tarixi bilənlər təsdiq edər ki, məhz o, Ceyms Moryerin “Hacı babanın macəraları” satirik romanının baş qəhrəmanının prototipidir.

Qacar tərəfinin nümayəndəsi Mirzə Əbdülhəsən xana müqavilə şərtlərini qəbul etdirmək üçün ingilis səfiri və hərbi müşavir ser böyük təzyiq göstərmiş və vasitəçilik etmişdilər. Britaniyanın səfiri sadəcə vasitəçi deyildi, müqavilənin mətnini şəxsən özü ingilis dilində hazırlamışdı.

İngiltərə Xarici İşlər Nazirliyinin direktivlərinə uyğun hazırlanan bu sənəd həm Rusiyanın Qafqazda möhkəmlənməsini rəsmiləşdirir, həm də İngiltərənin Hindistandakı müstəmləkələrini qorumaq məqsədi güdürdü.

Britaniya sənədlərinə görə, Ouseley Qacar sarayındakı yüksək rütbəli ruhanilərə, vəzirlərə və xüsusilə sülh danışıqlarını aparan diplomat Mirzə Əbdülhəsən xana böyük məbləğdə rüşvət verərək, onları sülhün qaçılmazlığına inandırmışdı.

Qacarların xanlıqları asanlıqla vermək istəmədiyini görən ingilis səfir şahı əmin edir ki, bu sərhədlər müvəqqətidir, mən şəxsən Sankt-Peterburqa gedib rus çarı ilə danışacağam və Napoleon təhlükəsi bitəndən sonra Rusiya bu torpaqların bir hissəsini sizə qaytaracaq. Bu diplomatik yalan şahın sənədi imzalamasında həlledici rol oynayır.

Məhz bu xidmətlərinə, yəni Rusiya imperiyasını Qafqazda böyük bir müharibədən xilas etdiyi və Azərbaycan torpaqlarının Çar Rusiyasına qatılomasındakı roluna görə rus çarı I Aleksandr tərəfindən Müqəddəs Aleksandr Nevski ordeni və qiymətli hədiyyələrlə mükafatlandırılır.

1812-ci ildə rus ordusu Lənkəran qalasını mühasirəyə alarkən Qacarların ora köməyə getməsinin qarşısını da məhz o alıb.

Qacar şahının “rəğbətini” qazanan ingilis səfir diplomatik fəaliyyətlə yanaşı, həm də qədim abidələrin talanması ilə məşğul olurdu. Gülüstan müqaviləsi ərəfəsində o, Qacarların qədim paytaxtı Persepolis şəhərinin xarabalıqlarını ziyarət etmiş və oradakı qədim daş relyefləri və heykəl parçalarını sökdürərək özü ilə aparmışdı.

O, bu tarixi tapıntıları Londona aparıb, əvvəlcə öz evinin pilləkənlərində nümayiş etdirmiş, 1825-ci ildə isə Britaniya Muzeyinə bağışlamışdı.

Azərbaycan xanlıqlarından və cənub vilayətlərindən yüzlərlə qədim və nadir miniatürlü əlyazmanı çox ucuz qiymətə və ya təzyiqlə ələ keçirmişdir. Hazırda bu unikal kolleksiya burada, “Ouseley Additions” adı altında saxlanılır.

O, Londona yazdığı qeydlərdə Azərbaycan türk dilini, bu dilin Rusiya əleyhinə böyük bir ideoloji qüvvəyə çevrilə biləcəyini vurğulamış, bu səbəbdən gələcəkdə bölgədə fars və rus dillərinin inzibati dil kimi irəli çəkilməsinin ingilis maraqlarına daha uyğun olduğunu qeyd etmişdi.

1813-cü ildən bu günə qədər xəritələrdə ingilis və rus variantlarında Azərbaycana aid qədim tarixi adların tamamilə sıxışdırılıb çıxarılması və rus variantının əsas götürülməsi onun “diplomatik” fəaliyyətinin nəticəsi idi.

Özünün taleyi isə acınacaqlı oldu. Ağır xəstəliyə düçar oldu, bədəni sürətlə çürüyürdü və 1844-cü il noyabrın 18-də 74 yaşında Hall Barn malikanəsində əzablar içində öldü.

Tarix
2026.10.12 / 21:01
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla