Dönər almaq üçün yolu keçən şəxsi maşın vurdu
00:08
| Ana səhifə Hadisə |
|
Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ölüb.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Fətullayev Çərkəz Elnur oğlu idarə etdiyi avtomobili yolun kənarında saxlayaraq əks tərəfə keçərkən onu minik avtomobili vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Şahidlər bildirir ki, o dönər almaq üçün yolu keçirmiş.
Faktla bağlı araşdırma aparılır.
|
Tarix
2026.11.23 / 00:08
|
Müəllif
Axar.az
|