Yuxarı

Gəncədə özümü Avropa stadionunda hiss edirdik - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə özümü Avropa stadionunda hiss edirdik - Qurbanov

"Qarabağ" komandası "Kəpəz"lə oyunda özünü Avropa stadionunda olduğu kimi hiss edib.

Axaraz Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XII turunda "Kəpəz"lə keçirilən heç-heçə başa çatan oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis Gəncədəki futbol atmosferini yüksək qiymətləndirərək ev sahibi komandaya təşəkkür edib:

"Gəncədə olan futbol atmosferinə görə ev sahiblərinə təşəkkür edirəm. Özümüzü Avropa stadionunda hiss edirdik. Futbolçularıma da təşəkkür edirəm. Həqiqətən, çox yaxşı çıxış etdilər. "Kəpəz" məğlub olmaq istəmirdi. Komandalar bizə qarşı hər zaman ciddi hazırlaşırlar. Bu, "Qarabağ"ın gücündən xəbər verir. Bu işdə daha yaxşı və məsuliyyətli olmalıyıq. Geriyə addım atmaq olmaz. Daha da güclənəcəyik".

O, Gəncə stadionunda azarkeş mədəniyyətinin olduğunu dilə gətirib: "Bu cür atmosferdə çıxış etmək çox çətin idi. Azarkeşlər çox mədəni görünürdülər. Meydanda heç bir təhqir və nalayiq sözlər eşitmədik. Bu arenada hər zaman azarkeş rekordları qırılıb. Xüsusi ilə "Qarabağ"la matçlarda çox azarkeş toplaşır".

Qeyd edək ki, "Kəpəz" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə başa çatıb.

Tarix
2026.11.22 / 19:47
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla