Yuxarı

37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu

Ağcabədidə kişi arvadını döyüb.

Axar.az modern.az-a istinadən xəbər verir ki, 22 yaşlı Səxavət Bağırov (şərti adla) yaşadıqları evdə arvadı 37 yaşlı Nuranə Bağırovanı (şərti adla) üz və baş nahiyələrinə vuraraq döyüb. Zərərçəkənin şikayəti əsasında o saxlanılaraq, barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

Bağırovun sözlərinə görə, evə gəlib anası ilə Nuranənin mübahisə etdiklərini görüb. Sonra uşağı qucağına almaq istəyəndə arvadı etiraz edib və özü uşağı qucağına götürüb. Bu zaman Səxavət içkili olduğu üçün Nuranənin üzünə sillə ilə ard-arda zərbələr vurub. Onun sözlərinə görə, ola bilsin ki, başı ilə qadının başına da xəsarət yetirib. O, əməlini etiraf edərək, yekun qərarı məhkəmənin mülahizəsinə buraxıb.

Zərərçəkən N. Bağırovanın sözlərinə görə isə dəfələrlə əri onu döydüyü üçün Səxavətdən şikayət edib. Son hadisədən bir gün əvvəl Səxavətin anası ilə mübahisə ediblər. Növbəti gün isə Səxavətlə münasibətləri gərginləşib. Mübahisə zamanı qucağında uşaq olsa da, əri onu döyüb. Hətta yerə yıxaraq, boynuna da xəsarətlər yetirib. Zərərçəkən bildirib ki, həmin hadisədən sonra Ağdama gedərək valideynlərinin yanında yaşayıb. O, ilkin izahatında Səxavət Bağırovla bağlı tədbir görülməsini istəyib.

Lakin sonradan ər-arvad ikisi də məhkəməyə ərizə ilə müraciət edərək, artıq bir yerdə yaşadıqlarını və barışdıqlarını bildiriblər. Zərərçəkənin şikayəti əsasında S. Bağırov barəsində protokol tərtib edən orqanın nümayəndəsinin sözlərinə görə, bu il ərzində Bağırovlar ailəsində 3-cü dəfədir ki, ər arvadını döyür. Hər dəfə onları barışdırmağa nail olsalar da, sonuncu dəfə mümkün olmayıb.Məhkəmənin qərarı ilə S. Bağırov 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Tarix
2026.11.22 / 18:38
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla