Yuxarı

Hazırda BDU-da dərs deyir - bu gün 97 yaşı tamam oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hazırda BDU-da dərs deyir - bu gün 97 yaşı tamam oldu

58 ildir (1968-ci ildən bəri) BDU-nun Dövlət və hüquq nəzəriyyəsi kafedrasının müdiri olan Məsumə Məlikovanın bu gün 97 yaşı tamam olur.

Axar.az Unikal.az-a istinadən xəbər verir ki, hüquq elmləri doktoru, professor Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində dünyaya göz açıb. 1952-ci ildə BDU-nun Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Ali təhsilini başa vuran M.Məlikova elə o vaxtdan BDU-nun Hüquq fakültəsinin Dövlət hüququ kafedrasında müəllim vəzifəsində saxlanılıb.

M.Məlikova 1974-cü ildə professor elmi adını alıb, 1989-cu ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Alim “Azərbaycan Respublikasının Əməkdar hüquqşünası” fəxri adı, “Şərəf nişanı” və “Şöhrət” ordenləri, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı və çox sayda fəxri fərmanlarla təltif olunub.

Tarix
2026.11.22 / 18:55
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla