Yuxarı

Gürcüstanda azərbaycanlı iş adamının maşını atəşə tutuldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda azərbaycanlı iş adamının maşını atəşə tutuldu

Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində silahlı insident baş verib.

Axar.az APA-ya istinadən xəbər verir ki, azərbaycanlı iş adamı Duriç Hacıyevin avtomobili atəşə tutulub.

Hadisə iş adamı azyaşlı övladları ilə birlikdə evə qayıdarkən baş verib. İnsident nəticəsində xəsarət alan olmayıb.

Silahlı hücumun maliyyə mübahisəsi zəminində baş verdiyi ehtimal edilir.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. Həmin şəxs ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhddə iştirak etməkdə ittiham olunur.

Hadisə ilə əlaqəsi olduğu bildirilən ikinci şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Tarix
2026.11.22 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla