Tramp dedi ki, Kiyevə pul göndərməkdənsə... - Kuşner
00:55
| Ana səhifə Planet |
|
ABŞ Prezidenti Donald Tramp "könüllülər koalisiyası" ölkələrinin liderləri ilə məsləhətləşmələr zamanı bildirib ki, Ukrayna münaqişəsində Kiyevi dəstəkləməkdənsə, iqtisadiyyata milyardlarla dollar investisiya qoymaq daha üstün olardı.
Axar.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi və kürəkəni Cared Kuşner X-də yazıb.
“Tramp "Könüllülər koalisiyası"nın liderləri ilə müzakirələri zamanı vurğuladığı kimi, hazırda bu müharibəyə xərclənən yüz milyardlarla dollar əvəzinə iş yerləri yaratmaq, artımı stimullaşdırmaq, enerji xərclərini azaltmaq və infrastrukturu gücləndirmək üçün iqtisadiyyatlarımıza investisiya edilə bilər", - deyə Kuşner təsdiqləyib.
|
Tarix
2026.11.23 / 00:55
|
Müəllif
Axar.az
|