Yuxarı

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Türkiyə Prezidenti Ərdoğanın baş müşaviri Oqtay Saralın məktəblərdə vahid geyim formasının tətbiqinə etiraz olaraq, “hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbuledilməzdir” açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə, eyni zamanda, baş verənlərin “hicab qadağası” kimi təqdim edilməsi deməkdir. Belə müdaxilələri – çağırışları adətən İrandan eşitmişik, indi qardaş Türkiyənin də bu sıraya qoşulması regionda dini-ideoloji planlara diqqət çəkir. Və Azərbaycanın dünyəvi təhsil sistemi üzərində xüsusilə dayanmasında bu amillərin rol oynadığı istisna edilməməlidir. Bu, daha geniş mövzudur.

Türkiyədən ən təhlükəli açıqlamanı isə Anadolu Aslanları İş Adamları Dərnəyi (ASKON) verib. Şirkət bəyan edib ki, Azərbaycanda baş örtüyünə görə məktəbə gedə bilməyən şagirdlərin Türkiyədə təhsilinin davam etdirilməsi və yaşamasını təmin etməyə hazırıq.

ASKON Türkiyə hakimiyyətinə yaxın şirkətdir. Bu şirkətin verdiyi açıqlama – məktəbli geyimini qəbul etməyən şagirdlərin Türkiyədə təhsil almasını təşkil etmək istəyi nə deməkdir?

1. Azərbaycan dövlətinin vahid məktəbli forması qərarına açıq şəkildə müdaxilədir;

2. Qərara əməl edilməsi və tam icra olunması perspektivlərini sıradan çıxarmaqdır.

ASKON-un təqdim etdiyi seçim Azərbaycanda açıq şəkildə itaətsizliyə çağırış hesab oluna bilər.

Bu təklifin-planın Türkiyə hakimiyyətinin yanaşması olduğu istisna edilməməlidir, xüsusilə Oqtay Saralın açıqlaması fonunda. Və kifayət qədər təhlükəli mövqedir.

Tarix
2026.10.13 / 17:23
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

İranda qızlar başını necə bağlayır? - Fotolar

Prezidentlərin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla