Yuxarı

"Barselona" ilə oyunda inanılmaz hekayə yazacağıq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Barselona" ilə oyunda inanılmaz hekayə yazacağıq

"Sabah" Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Sumqayıt"ı 5-1 hesabı ilə məğlub edib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, baş məşqçi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında qırmızı vərəqənin oyunun nəticəsinə təsiri ilə bağlı danışıb:

“Bəli, oyunun həlledici məqamlarından biri qırmızı vərəqə idi. Amma rəqib 11 nəfərlə oynayanda da yaxşı çıxış edirdik. Çox yaxşı qol epizodlarımız oldu. Rəqibə aqressiv şəkildə pressinq edirdik. Buraxdığımız qolda səhvimiz var idi. Rəqib səhvdən yararlandı. "Sumqayıt" 60 dəqiqə 10 nəfərlə oynadığı üçün nəzarət tamamilə bizim tərəfimizdə idi. Beş qol da bunu göstərir”.

Dambrauskas beş gün sonra "Barselona" ilə keçiriləcək oyun barədə də fikirlərini bölüşüb:

“Daha çox çempionat oyunlarından əvvəl belə hallar baş verir. Çempionlar Liqasında bu cür matçlardan həzz almaq lazımdır. Çalışırıq ki, hər oyunda qalib gələk. Azarkeşləri oyuna dəvət edirik. Futbol elə oyundur ki, bəzən inanılmaz hekayələr yazılır. Çalışacağıq ki, çərşənbə günü biz də o hekayələrdən birini yazaq”.

Tarix
2026.11.20 / 23:24
Müəllif
Axar.az
Digər xəbərlər

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla