Yuxarı

Alyona Əliyeva mükafatlandırma mərasimində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alyona Əliyeva mükafatlandırma mərasimində - Foto

Bu gün Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışı keçirilib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən yarış Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin irsinin tədqiqi, öyrənilməsi və təbliği məqsədi daşıyır.

Builki bilik yarışında respublikanın 50 ali təhsil müəssisəsini təmsil edən komandalar iştirak edib. Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinin komandaları isə layihəyə ilk dəfə qoşulublar.

Yarış zamanı komandalara hər suala cavab vermək və müzakirə aparmaq üçün 60 saniyə vaxt ayrılıb. İştirakçıların cavabları Heydər Əliyev Mərkəzi, Təhsilin İnkişafı Fondu və AMEA-nın Tarix və Etnologiya İnstitutunun nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Bilik yarışının nəticələrinə əsasən, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası birinci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası ikinci, Bakı Dövlət Universitetinin komandası isə üçüncü yeri tutub.

Mükafatlandırma mərasimində qaliblərə sertifikatları Alyona Əliyeva və elm və təhsil nazirinin müavini Firudin Qurbanov təqdim ediblər.

Yarışın qalibi olan Polis Akademiyasının komandasının üzvü, IV kurs kursantı Ramazan Əliyev təəssüratını bölüşərkən komanda olaraq bilik mübarizəsinə ciddi hazırlaşdıqlarını vurğulayıb: “Komandamız ötən il olduğu kimi, bu il də yarışa ciddi hazırlaşmışdı. İlk turda mübarizə kifayət qədər bərabər getsə də, ikinci turda mövqeyimizi ortaya qoymağı bacardıq. Suallar arasında asan, orta və yüksək çətinlik dərəcəli olanlar var idi. Düşünürəm ki, komandamız onların öhdəsindən uğurla gəldi. Komandamla və Polis Akademiyasının təmsilçisi olmağımla fəxr edirəm”.

Bilik yarışında ilk dəfə iştirak edən Qarabağ Universitetinin tarix ixtisası üzrə III kurs tələbəsi Emil Quliyev universitetini bu layihədə təmsil etməyin onun üçün qürurverici olduğunu deyib: “Qarabağ Universiteti olaraq bu mötəbər yarışda ilk dəfə iştirak etmək və universitetimizi təmsil etmək bizim üçün çox qürurvericidir. Bəzi suallarda çətinlik yaşasaq da, yaxşı nəticə əldə etməyə çalışdıq”.

Qeyd edək ki, 2014-cü ildən təşkil olunan layihə gənclərin Azərbaycan tarixi və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında biliklərinin zənginləşdirilməsinə, vətənpərvərlik ruhunun və sağlam rəqabət ənənələrinin gücləndirilməsinə xidmət edir.

Tarix
2026.11.20 / 20:23
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla