Yuxarı

Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və müvafiq şəhadətnaməni almaq istəyən taksi minik avtomobili sürücüləri üçün dekabrın 17-də növbəti imtahan keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək üçün müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyən şəxslərin məlumatları DİM-ə təqdim olunub. Həmin şəxslər 20 noyabr saat 17:30-dan 7 dekabr saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak etmək istəyən sürücülər ilk növbədə DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı, daha sonra göstərilən müddət ərzində "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

“Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə edilməsi qaydaları ilə bağlı təlimatlar da qeyd olunan elektron xidmətdə yerləşdirilib.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahan üçün tələb olunan 35 manat məbləğində vəsait əlavə etməlidirlər. Qeydiyyatdan keçdiyi imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanı Bakıda DİM-in elektron imtahanlar korpusunda, Naxçıvan şəhər 4 nömrəli orta məktəbdə və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli orta məktəbdə keçiriləcək.

Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana üç gün qalmış DİM-in elektron xidməti vasitəsilə əldə edə biləcəklər.

İmtahanın müddəti bir saatdır. Namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlıq proqramını əhatə edən 20 test tapşırığı təqdim olunacaq.

Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplayan şəxslər imtahanı müvəffəqiyyətlə vermiş hesab olunacaqlar. Onlara etibarlılıq müddəti yeddi il olan şəhadətnamə təqdim ediləcək.

Tarix
2026.11.20 / 18:45
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla