Yuxarı

Bu cəzaçəkmə müəssisəsində peşə hazırlığı mərkəzi istifadəyə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu cəzaçəkmə müəssisəsində peşə hazırlığı mərkəzi istifadəyə verildi

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən məhkumların peşə hazırlığının təşkili, onların əmək bazarının tələblərinə uyğun bacarıqlara yiyələnməsi və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Axar.az xəbər verir ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərdən biri də cəzaçəkmə müəssisələrində sahibkarların (işəgötürənlərin) iştirakı ilə müxtəlif sahələr üzrə peşə təhsili və təlim proqramlarının həyata keçirilməsidir.

Bu məqsədlə Ədliyyə Nazirliyi tərəfindən cəzaçəkmə müəssisələrində əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkili və təlimlərin keçirilməsi, habelə cəza çəkməkdən azad edilmiş məhkumları işə götürmə istiqamətlərində dövlət və özəl tərəfdaşlarla əməkdaşlığı nəzərdə tutan “N.Ə.F.Ə.S.” (Nailiyyət, Əməkdaşlıq, Fərdi inkişaf, Əmək, Sosial inteqrasiya) layihəsinə start verilib.

Layihə çərçivəsində ilk əməkdaşlıq “Azərişıq” ASC ilə qurulub. Belə ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində məhkumların peşə hazırlığının təşkili və praktiki bacarıqlarının artırılması məqsədilə Ədliyyə Nazirliyi və “Azərişıq” ASC-nin birgə peşə hazırlığı mərkəzi yaradılıb.

Noyabrın 18-də ədliyyə naziri Fərid Əhmədov və “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov N.Ə.F.Ə.S. peşə hazırlığı mərkəzində olublar. Fərid Əhmədov və Vüqar Əhmədov mərkəzdə yaradılmış şəraitlə tanış olub, təlim prosesinin təşkili ilə maraqlanıb, eləcə də “Elektrik montyoru” peşə ixtisası üzrə təlimləri uğurla başa vuran məhkumlarla görüşüblər.

Tədbirdə “Elektrik montyoru” peşə ixtisası üzrə təlim proqramını uğurla başa vuraraq müvafiq peşə bacarıqlarına yiyələnən 22 məhkuma sertifikatlar təqdim edilib. Həmçinin təlim proqramını uğurla başa vurmuş və cəza müddəti tamamlanmış şəxslərdən biri “Azərişıq” ASC-də müvafiq ixtisas üzrə işlə təmin olunub, tədbirdə ona iş vəsiqəsi təqdim edilib.

Qeyd edək ki, yeni peşə hazırlığı mərkəzi tədris otaqlarından və geniş təlim meydançasından (təcrübə poliqonu) ibarətdir. Mərkəzin tədris otaqları və təcrübə poliqonu müvafiq tədris istiqamətlərinə uyğun olaraq, ümumilikdə 128 adda 650 ədəddən çox zəruri texniki alət, avadanlıq, qurğu və məlumatverici lövhə, eləcə də tədris materialları ilə təchiz edilib.

Mərkəzdə əmək bazarının tələbləri və “Azərişıq” ASC-nin fəaliyyət istiqamətləri nəzərə alınmaqla elektrik montyoru, uçota nəzarət və sayğacquraşdırma, elektrik çilingəri, elektrik qaynaqçısı, texnik-operator peşə istiqamətləri üzrə təlimlərin təşkili planlaşdırılır.

Mərkəzdə eyni vaxtda 75-80 məhkumun tədris alması üçün imkanlar mövcuddur. Ümumilikdə, Mərkəzdə il ərzində müvafiq istiqamətlər üzrə 500-550 məhkuma təlimlərin keçirilməsi nəzərdə tutulur. Hazırda növbəti qruplar üzrə təlimlər davam etdirilir. Peşə hazırlığı proqramlarına məhkumlar tərəfindən yüksək maraq göstərilir.

“Azərişıq” ASC ilə əldə edilmiş razılığa əsasən digər cəzaçəkmə müəssisələrində də müvafiq peşə hazırlığı mərkəzlərinin yaradılması nəzərdə tutulur.

“N.Ə.F.Ə.S.” layihəsi məhkumların peşə bacarıqlarına yiyələnməsi ilə yanaşı, onların cəmiyyətə reinteqrasiyası, məşğulluq imkanlarının genişləndirilməsi və təkrar cinayət törətmə riskinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə dövlət və özəl tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, əmək bazarında tələbat olan digər peşələr üzrə təlim proqramlarının təşkili və uğurlu təcrübənin müxtəlif cəzaçəkmə müəssisələrində tətbiqi nəzərdə tutulur.

Tarix
2026.11.20 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla