Yuxarı

Bakı–Balakən–Bakı: qatarların hərəkəti bərpa olunur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı–Balakən–Bakı: qatarların hərəkəti bərpa olunur

Azərbaycan Dəmir Yolları Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişin daşımalarını bərpa edir.

Axar.az xəbər verir ki, Bakıdan Balakənə ilk qatar 20 noyabr saat 23:30, əks istiqamətdə isə 21 noyabr saat 21:10-da yola düşəcək.

Hərəkət cədvəlinə əsasən, gecə reysləri vasitəsilə sərnişinlər səhər saatlarında mənzil başına çatacaqlar. Bu, həm işgüzar səfərlər, həm də turizm və şəxsi səyahətlər baxımından əlverişli nəqliyyat alternativi yaradır.

Biletlərin qiyməti Bakıdan Balakən istiqamətində 16,20 manatdan başlayır.

Sərnişinlərə standart və standart+ sinifləri üzrə xidmət göstəriləcək. Yataq tipli vaqonlarda təşkil edilən səfərlər zamanı sərnişinlərin rahat istirahəti və təhlükəsizliyi üçün zəruri şərait təmin ediləcək.

Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmir yolu kassalarından əldə etmək mümkündür.

Xatırladaq ki, bu ilin iyul ayında ölkənin şimal-qərb bölgəsində intensiv yağıntı və sel nəticəsində Qax–Balakən sahəsində dəmir yolu infrastrukturuna ziyan dəymiş, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu marşrut üzrə qatarların fəaliyyəti müvəqqəti dayandırılmışdı.

ADY tərəfindən genişmiqyaslı bərpa işləri həyata keçirilib. Qax-Balakən sahəsində 1 km-ə yaxın dəmir yolu yenidən qurulub, əvvəlki suötürücü boruların yerində daha iri beton suötürücü qurğular inşa edilib, torpaq yatağı bərkidilib və bəzi ərazilərdə çay yatağı təmizlənib.

Bakı–Balakən–Bakı marşrutunun bərpası sərnişin məmnuniyyətinin artırılması, regionlararası nəqliyyat əlçatanlığının təmin edilməsi və vətəndaşların rahat, təhlükəsiz səyahət imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Tarix
2026.11.20 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla