Yuxarı

Azərbaycanda 9 internet provayderi bağlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 9 internet provayderi bağlandı

Bu ilin iyul-oktyabr aylarında Azərbaycanda 9 internet operator və provayderinin uçotu ləğv edilib.

Axar.az Plat.az-a istinadla xəbər verir ki, sözügedən şirkətlər Naxçıvan MR-nın İnternet və Yeni Texnologiyalarin Tədrisi Mərkəzi, “Ubnet” MMC, “Niant” MMC, “Aznetvork” MMC, “Fizza internet” MMC, “Vorldtech LTD” MMC, “Gammanet” MMC, “Go Telecom” MMC və “Du Telecom” MMC-dir.

Uçotların ləğv edilmə səbəbi bu operator və provayderlərin fəaliyyətini dayandırımasıdır.

“Ubnet” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Əliyev Adil Yusif oğludur. Şirkətin 46 990 manat vergi borcu var. Şirkət 2023-cü ilin avqust ayında uçota alınıb.

“Niant” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Quliyev Hilal Akif oğludur. Şirkət 2023-cü ilin avqust ayında uçota alınıb.

“Aznetvork” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Balıyeva Nurlanə Suxray qızıdır. Şirkət 2023-cü ilin avqust ayında uçota alınıb.

“Fizza internet” MMC-nin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi Salamov Anar Vitali oğludur. Şirkət 2023-cü ilin avqust ayında uçota alınıb.

“Vorldtech LTD” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Gülmalıyev Vahid Abbas oğludur. Şirkət 2023-cü ilin iyul ayında uçota alınıb.

“Gammanet” MMC-nin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Namazov Ələddin İbad oğludur. Şirkət 2023-cü ilin may ayında uçota alınıb.

“Go Telecom” MMC və “Du Telecom” MMC-nin hər ikisinin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə, Dursunova Dünya Rafiq qızıdır. Hər iki şirkətin hüquqi ünvanı AZ1134, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev.8, m.20-dir. Hər iki şirkət 2023-cü ilin aprel ayında uçota alınıb.

Əlavə edək ki, bu ilin əvvəlindən iyul ayına qədər ölkədə 20 internet operator və provayderinin uçotu ləğv edilib. Beləliklə ilin əvvəlindən oktyabr ayının sonuna qədər ümumilikdə 29 belə şirkətin uçotu ləğv olunub.

Qeyd edək ki, Azərbaycanda internet operator və provayderlərinin uçota alınmasını və uçotunun ləğvini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Tarix
2026.11.20 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla