Yuxarı

Fransadan BTQ-nin hesablarına qarşı kiberhücum…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransadan BTQ-nin hesablarına qarşı kiberhücum…

Son dövrlər yenidən Bakı Təşəbbüs Qrupunun (BTQ) rəqəmsal informasiya resurslarına qarşı xarici ölkələrdən məqsədyönlü və sistemli şəkildə kiberhücumlar həyata keçirilir.

BTQ-dən Axar.az-a verilən məlumata görə, təşkilatın sosial media hesablarına qarşı ardıcıl giriş cəhdləri, kütləvi və əsassız şikayətlər vasitəsilə səhifələrin bloklanmasına yönəlmiş addımlar, eləcə də rəsmi internet saytının normal fəaliyyətini pozmağa istiqamətlənmiş kiberhücumlar ciddi narahatlıq doğurur.

Bildirilib ki, aparılan texniki araşdırmalar və təhlillər rəsmi internet saytına və sosial media hesablarına yönəlmiş kiber fəaliyyətin əhəmiyyətli hissəsinin Fransa və Hindistan ərazisindəki şəbəkələrdən qaynaqlandığını göstərir.

Qeyd edilib ki, BTQ müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi, onların səslərinin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də müxtəlif siyasi tərəflərin özünü sərbəst ifadə etməsi üçün açıq və azad platforma rolunu oynayır.

“Belə bir təşkilatın sosial media hesablarına sistemli şəkildə kiberhücumlar həyata keçirmək söz və ifadə azadlığına, fikir müxtəlifliyinə və açıq dialoq prinsiplərinə ziddir.

Hesab edirik ki, fərqli mövqelərin ifadə edilməsinin qarşısını almağa cəhdlər etmək, alternativ fikirləri susdurmağa və informasiya mübadiləsini məhdudlaşdırmağa çalışmaq fundamental insan hüquqlarını kobud şəkildə pozur. Mövcud fikir ayrılıqları kiberhücumlar və rəqəmsal platformaların bloklanması yolu ilə deyil, qarşılıqlı hörmətə əsaslanan açıq və konstruktiv dialoq vasitəsilə həll edilməlidir.

Bu baxımdan, təşkilatımızın fəaliyyətinə qarşı hücumları sifariş verən və ya həyata keçirən dövlətləri qanuni fəaliyyətimizə mane olmaqdan çəkinməyə çağırırıq.

Bakı Təşəbbüs Qrupu bütün bu təzyiq və maneələrə baxmayaraq, müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi, söz azadlığının təşviqi və beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirəcəkdir”, - açıqlamada deyilir.

Tarix
2026.11.20 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla