Yuxarı

Azərikard finteklər üçün yeni imkanlar təqdim etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərikard finteklər üçün yeni imkanlar təqdim etdi

Azərbaycanın aparıcı prosessinq şirkətlərindən olan Azərikard fintek şirkətləri və merçantlar üçün ödəniş infrastrukturuna inteqrasiyanı sadələşdirən Developer Portalını istifadəyə verib. developer.azericard.com ünvanında fəaliyyət göstərən platforma tərəfdaşlara Azərikardın ödəniş xidmətləri ilə inteqrasiyaya müstəqil şəkildə başlamaq, texniki sənədlərlə tanış olmaq və öz həllərini test mühitində yoxlamaq imkanı yaradır.

Developer Portalın əsas üstünlüklərindən biri self-service, yəni özünəxidmət prinsipi əsasında inteqrasiya imkanlarının təqdim edilməsidir. Fintek şirkətləri və merçantlar portal vasitəsilə API sənədlərinə, inteqrasiya təlimatlarına, test məlumatlarına və müvafiq autentifikasiya mexanizmlərinə çıxış əldə edərək texniki hazırlıq və sınaq proseslərini müstəqil həyata keçirə bilirlər.

Platforma elektron kommersiya, Server-to-Server (S2S) inteqrasiyası, təkrarlanan ödənişlər (recurring payments), Apple Pay və Google Pay kimi müxtəlif ödəniş imkanları üzrə texniki sənədləri və inteqrasiya resurslarını bir araya gətirir. Sandbox mühiti tərəfdaşlara real maliyyə əməliyyatlarına başlamazdan əvvəl öz həllərini sınaqdan keçirməyə, test tranzaksiyaları həyata keçirməyə və texniki uyğunluğu yoxlamağa şərait yaradır.

Beləliklə, fintek şirkətləri yeni məhsullarının hazırlanmasına daha çox vaxt ayıra, standart inteqrasiya proseslərində əlavə texniki asılılıqları azalda və bazara çıxış üçün hazırlıq mərhələsini sürətləndirə bilirlər.

Azərikardın baş direktoru Fərid Quliyev bildirib: “Biz finteklərin inkişafını dəstəkləyən infrastruktur tərəfdaşı olmaq istəyirik. Bunun üçün ödəniş xidmətlərimizə çıxışı davamlı sadələşdirəcək, yeni imkanlar yaradacaq, tərəfdaşlarımızın texniki asılılıqlarını minimuma endirməyə çalışacağıq”.

Developer Portalın fəaliyyəti Azərikardın fintek ekosistemi ilə əməkdaşlığını genişləndirmək və ödəniş infrastrukturu üzərində yeni texnoloji həllərin yaradılmasını təşviq etmək strategiyasının mühüm istiqamətlərindəndir.

Şirkət növbəti mərhələlərdə də API imkanlarının genişləndirilməsini, inteqrasiya proseslərinin sadələşdirilməsini və tərəfdaşların daha müstəqil fəaliyyət göstərə bilməsi üçün yeni self-service funksionallıqlarının inkişafını davam etdirməyi hədəfləyir.

Tarix
2026.11.20 / 17:03
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla