Yuxarı

Bəhramtəpə Hidroqovşağında təmir: Suyun verilişi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəhramtəpə Hidroqovşağında təmir: Suyun verilişi...

Bəhramtəpə Hidroqovşağında həyata keçirilən təmir işləri Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq icra olunur.

2022-ci ildən başlanılan və mərhələli şəkildə həyata keçirilən işlərin əsas hissəsi artıq tamamlanıb. Hazırda layihənin növbəti mərhələsi çərçivəsində anbarın müvafiq hissələrində betonlama işlərinin aparılması və nizamlayıcı qapıların yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur.

Bu barədə Axar.az-a Regional Su Meliorasiya QSC-nin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilib.

Qeyd olunur ki, təmir işlərinin cari ilin dekabr və gələn ilin yanvar aylarında, təxminən iki ay müddətində aparılması planlaşdırılır.

"İşlərin icra müddəti hava şəraitindən və texniki proseslərin gedişindən asılı olaraq daha qısa ola bilər. Ən vacib məqam ondan ibarətdir ki, təmir müddətində ətraf rayonların (İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad) su təminatında hər hansı çatışmazlıq və ya fasilə gözlənilmir. Bu dövrdə alternativ mənbə kimi Qarabağ kanalından istifadə olunacaq. Kanala saniyədə 25-30 kubmetr su daxil olduğu təqdirdə, həmin suyun müvafiq kanallara yönəldilməsi hesabına ərazilərin su təminatı davam etdiriləcək.

Xüsusilə qeyd edək ki, təmir işlərinin suvarma suyuna tələbatın nisbətən az olduğu dekabr-yanvar aylarında planlaşdırılması təsadüfi deyil. Bu yanaşma həm texniki işlərin daha əlverişli şəraitdə aparılmasına, həm də suvarma və digər su təchizatı ehtiyaclarının fasiləsiz qarşılanmasına imkan verir.

Beləliklə, Bəhramtəpə Hidroqovşağında aparılacaq təmir işləri ilə əlaqədar adıçəkilən beş rayonun içməli su təminatında və suvarma suyu ilə təchizatında hər hansı çətinlik gözlənilmir" - deyə açıqlamada qeyd olunur.

Tarix
2026.11.20 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla