Yuxarı

COP31: Ölkəmizdəki sosial islahatlardan danışıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
COP31: Ölkəmizdəki sosial islahatlardan danışıldı

Türkiyədə keçirilən COP31 çərçivəsində Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən qlobal istiləşmə dövründə ailə dayanıqlığı, yaşlı insanların və əlilliyi olan şəxslərin müdafiəsi məsələlərinə həsr olunmuş tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev ölkəmizdə aparılan sosial siyasətin vətəndaş rifahının, sosial ədalətin və bərabər imkanların təmin edilməsinə hədəfləndiyini vurğulayıb. Nazir müavini Azərbaycanda həssas qruplara aid şəxslər və ailələrlə bağlı icra olunan sosial dəstək proqramları barədə məlumat verib.

O, son illərdə ölkəmizdə 4 milyon vətəndaşı əhatə edən beş böyük sosial islahat paketinin icrası nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə ciddi artımların edildiyini vurğulayıb.

Həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı reinteqrasiya tədbirləri, onların ailə mühitində böyüməsi və inkişafının dəstəklənməsi, övladlığagötürmə və “Himayədar ailə” modelinin tətbiqi işləri, tənha ahıl və əlilliyi olan şəxslərin səyyar formada sosial xidmətlərlə təminatı işləri diqqətə çatdırılıb.

BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasını ratifikasiya etmiş Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi, cəmiyyətə inteqrasiyası, onlar üçün inklüziv imkanların yaradılması sahəsində həyata keçirilən tədbirlər qeyd edilib.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Paralimpiya İdman Kompleksi və digər qurumlar vasitəsilə əlilliyi olan şəxslərin yaradıcı və idman fəaliyyətlərində iştirakına dəstək göstərilməsindən bəhs olunub.

Tarix
2026.11.20 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla