Yuxarı

"Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi

Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə təşkil olunan "Eternity-2026" kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə qonaqlar təlim poliqonunda bölmələr tərəfindən enerji daşınması üzrə kritik infrastruktur obyektlərinin mühafizəsi və müdafiəsi, ehtimal olunan təhdidlərə və asimmetrik qüvvələrdən qaynaqlanan təhlükələrə qarşı icra edilən fəaliyyətləri izləyiblər.

Qarşıya qoyulan tapşırıqların vaxtında və dəqiqliklə yerinə yetirilməsi, eləcə də təlim iştirakçılarının peşəkarlığı müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.

Sonra Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində "Eternity-2026" kompüter dəstəkli birgə komanda-qərargah təliminin yekunlaşması münasibətilə bağlanış mərasimi keçirilib.

Tədbir hər üç ölkənin azadlığı uğrunda canından keçənlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və iştirakçı ölkələrin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Çıxış edənlər bildiriblər ki, təlim zamanı nümayiş etdirilən sıx əməkdaşlıq və yüksək əzmkarlıq qarşıya qoyulan məqsədlərin uğurla icrasına və regional tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verib.

Qeyd olunub ki, təlim müddətində qazanılan nəzəri biliklər və praktiki təcrübə birgə fəaliyyət qabiliyyətini yeni səviyyəyə yüksəldəcək.

Mərasimin sonunda təlim iştirakçılarına sertifikat və hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.

Tarix
2026.11.20 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla