Ermənistanda ağır qəza: 15 avtomobil toqquşdu
19:25
| Ana səhifə Toplum |
|
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Naxçıvan şəhərində vətəndaş qəbulu keçirib. Birlik rəhbəri Naxçıvan şəhəri, Babək, Şərur, Culfa, Kəngərli, Sədərək, Şahbuz və Ordubad rayonlarının sakinlərinin müraciətlərini dinləyib.
Axar.az xəbər verir ki, müraciətlər əsasən debitor borcun ödənilməsində köməkliyin göstərilməsi, işə qəbul, sahibkarlıq obyektlərinin və fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı olub.
Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.
Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
|
Tarix
2026.11.20 / 19:20
|
Müəllif
Axar.az
|