Yuxarı

Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı

Estoniya hakimiyyətinin Rusiya ilə sərhədi 6 ay müddətinə bağlamaq qərarı fonunda Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Estoniya hakimiyyətinin Rusiya ilə sərhəddəki buraxılış məntəqələrini bağlamaq qərarı qarşıdurma xarakterlidir.

Zaxarova qeyd edib ki, qərar iqtisadiyyatda və sosial sahədə, xüsusən də Estoniyanın özünün sərhədyanı regionlarında ən mənfi nəticələrə səbəb olacaq.

"Ölkəmizə qarşı düşmənçilik hərəkətlərinin qəbuledilməzliyi barədə Rusiyanın mövqeyini Estoniya tərəfinə çatdırmaq üçün Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb", - o bildirib.

Tarix
2026.11.20 / 20:34
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla