Yuxarı

Ardanın yeni maaşı açıqlandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ardanın yeni maaşı açıqlandı

“Real Madrid”lə müqaviləsini 2032-ci ilədək uzadan Arda Gülərin yeni maaşı bəlli olub.

Axar.az Mətbuat.az-a istinadən xəbər verir ki, futbolçunun qazancının iki dəfə artırıldığını yazıb.

Məlumata görə, əvvəllər ildə 5,21 milyon avro maaş alan Arda Gülər yeni müqavilə ilə 10,42 milyon avro qazanacaq. Bildirilir ki, Ardanın bonuslar da daxil olmaqla illik gəliri 13,02 milyon avroya çata bilər.

Xəbərdə deyilir ki, Türkiyə millisinin üzvünün həftəlik qazancı 200 min avronu ötəcək. Yeni maaşla Arda Gülərin qazancı Yan Diomande, Denzel Damfriz və Ferland Mendinin gəlirləri ilə eyni səviyyəyə yüksəlib.

Bildirilib ki, “Real Madrid”in baş məşqçisi Joze Mourinyo da müqaviləsini yeniləyən Arda Gülər haqqında müsbət fikirlər səsləndirib. O, Ardanın klubda uzun müddət qalmaq istədiyini və müqavilənin uzadılmasının təbii addım olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Arda Gülərin illik maaşının 8 milyon avroya qədər artacağı barədə məlumat yayılmışdı.

Tarix
2026.11.20 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla