Yuxarı

Müxalifət Azərbaycana ərazi iddiası irəli sürür - Rubinyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müxalifət Azərbaycana ərazi iddiası irəli sürür - Rubinyan

Ermənistan parlamentinin spikeri Ruben Rubinyan müxalifəti Azərbaycan, Türkiyə və Gürcüstana qarşı ərazi iddiaları irəli sürməkdə və sülh prosesinə mane olmaqda ittiham edib.

Axar.az Bakupost-a istinadən xəbər verir ki, Rubinyan bu barədə bu gün parlamentin iclasında danışıb.

O, müxalif “Güclü Ermənistan” fraksiyasının deputatı Marianna Qəhrəmanyanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvlərinin yaxalarına taxdıqları Ermənistan xəritəsini “yarımçıq xəritə” adlandırmasına münasibət bildirib:

“Siz açıq şəkildə Ermənistan Respublikasının xəritəsini nəzərdə tuturdunuz. Çünki özünüz dediniz ki, yaxanıza taxdığınız xəritə yarımçıqdır. Bağışlayın, amma bəhanələriniz keçərli deyil”.

O, həmçinin müxalifətin digər nümayəndələrinin “Birləşmiş Ermənistan” ideyası ilə bağlı açıqlamalarını xatırladıb. Rubinyan Ermənistan İnqilabi Federasiyası – “Daşnaksütyun” Partiyasının proqramından bir hissəsində qeydə alınan müddəaları da səsləndirib:

“Daşnaksütyun” “Birləşmiş Ermənistan” yaratmağı hədəfləyir. “Birləşmiş Ermənistan”ın sərhədlərinə isə Sevr müqaviləsində nəzərdə tutulan torpaqlar, eləcə də Qarabağ, Cavaxetiya və Naxçıvan daxildir. Bu mövqenin müdafiə olunması eyni vaxtda Azərbaycan, Türkiyə və Gürcüstana qarşı ərazi iddialarının irəli sürülməsi deməkdir. Bu üç bəyanat, məncə, müxalifətimizin əsl simasını tamamilə üzə çıxardı”.

Rubinyan çıxışının sonunda müxalifətin əsas məqsədinin sülhə mane olmaq olduğunu iddia edib:

“Sizin bir məqsədiniz var: bura gəlib vətən, yarımçıq xəritə, qurbanlar haqqında pafoslu bəyanatlar vermək, lakin sülhə mane olmaq, onu mümkünsüz etmək və Ermənistanı başqa bir dövlətin tərkibinə daxil etmək”.

Tarix
2026.11.20 / 23:42
Müəllif
Axar.az
Digər xəbərlər

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla