Yuxarı

Uşaq Fondu "Hökumət Evi"ndən çıxarılıb? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaq Fondu "Hökumət Evi"ndən çıxarılıb? - Açıqlama

Mediada Azərbaycan Uşaq Fondunun yerləşdiyi "Hökumət evi"ndən çıxarılması ilə bağlı yayılan məlumatlar reallığı təhrif olunmuş şəkildə təqdim edir.

Axar.az xəbər verir ki, bu fikirlər Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, tarixi memarlıq abidəsi olan "Hökumət evi"ndə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı Fonda ayrılmış sahədən təyinatı üzrə səmərəli istifadə edilmədiyi, ona ayrılmış sahənin yalnız bir hissəsinin istifadə olunduğu müəyyən edilib. Bununla yanaşı, Fond üç il ərzində kommunal-istismar xərcləri üzrə borcunu ödəməyib, 2026-cı il üzrə kommunal-istismar müqaviləsinin rəsmiləşdirilməsindən isə imtina edib.

"Fondun nümayəndələrinə borcun ödənilməsi və sahədən səmərəli istifadə edilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir tədbir görülməyib. Bununla əlaqədar, Fonda ayrılmış sahənin bir hissəsi boşaldılıb, Fonda aid əşyalar onun nümayəndələrinin iştirakı ilə, heç bir zərər yetirilmədən sahənin digər hissəsinə köçürülüb", - məlumatda vurğulanıb.

Xatırladaq ki, bu gün bir sıra saytlar və sosial media hesablarında Azərbaycan Uşaq Fondunun "Hökumət evi"ndə yerləşən ofisinin boşaldığına dair məlumatlar yayılıb. Fond sədrinin birinci müavini və icraçı direktoru, musiqiçi Zəhra Bədəlbəyli özü bu barədə bildirib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları onlara hər hansı sənəd təqdim etmədən ofisi boşaltmağı tələb edirlər.

Qeyd edək ki, Zəhra Bədəlbəyli iki ay əvvəl də videomüraciət yayaraq Fondun ofisinin onlardan alınacağını bildirmişdi.

Tarix
2026.11.20 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla