Yuxarı

Fransada növbəti aksiyalar: 70 min polis səfərbər olunur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransada növbəti aksiyalar: 70 min polis səfərbər olunur

Fransada bahalaşmaya etiraz edən “Sarı jiletlilər” hərəkatının üzvləri, gənclər təşkilatları və həmkarlar ittifaqları noyabrın 21-də, ardıcıl altıncı həftəsonu etiraz aksiyaları keçirəcəklər. Aksiyalar “Sarı jiletlilər” hərəkatının səkkizinci ildönümünə təsadüf edir.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, Parisdə CGT, CFDT, FO, FSU və “Solidaires” həmkarlar ittifaqlarının, eləcə də tələbə və gənclər təşkilatlarının iştirakı ilə Respublika meydanından (Place de la République) Nation meydanına yürüşün keçirilməsi planlaşdırılır. Aksiyanın saat 14:00-da başlanması nəzərdə tutulur.

“Sarı jiletlilər” hərəkatının koordinasiya qurumu da əvvəlcə Bastiliya və Konkord meydanları arasında yürüş keçirməyi planlaşdırsa da, hakimiyyət orqanlarının bu marşrutu təsdiqləməməsindən sonra Respublika–Nation istiqamətində təşkil olunacaq aksiyaya qoşulmaq qərarına gəlib.

“Sarı jiletlilər”in internet səhifəsində ölkə üzrə noyabrın 21-də keçiriləcək 167 aksiya və tədbir barədə məlumat yerləşdirilib. Noyabrın 14-də keçirilən etiraz aksiyalarında Fransanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 106 min nəfər, o cümlədən Parisdə 24 min nəfər iştirak edib. Gənclər təşkilatları isə iştirakçıların ümumi sayının 200 minə, paytaxtda isə təxminən 100 minə çatdığını bildiriblər.

Daxili işlər naziri Loran Nünez növbəti etiraz aksiyaları zamanı ölkə üzrə təxminən 70 min polis və jandarmın səfərbər ediləcəyini açıqlayıb. O, prefektlərə, xüsusilə hüquq-mühafizə orqanlarına qarşı düşmən mövqedə olan qruplara xüsusi diqqət yetirməyi tapşırıb.

Nazir, həmçinin nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyinin və məlumat yaymaq hüququnun qorunmasının vacibliyini vurğulayıb, asayişin təmin olunması ilə bağlı milli qaydalara ciddi əməl edilməsini tələb edib.

Tarix
2026.11.21 / 00:38
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla