Kaliforniyada güclü zəlzələ oldu
00:04
| Ana səhifə Planet |
|
Kaliforniyanın cənubundakı Los-Anceles dairəsində 4,2 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) məlumatında deyilir.
Yeraltı təkanlar yerli vaxtla saat 03:25-də qeydə alınıb. Episentr Los-Anceles dairəsindəki Kommers şəhərindən təxminən 1 km şimal-qərbdə olub. Zəlzələ ocağı 15,45 km dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası əvvəlcə 4,2 olaraq qiymətləndirilib, daha sonra 4,4-ə yüksəldilib, sonra yenidən 4,2-yə endirilib. Zəlzələ Kaliforniyanın cənubundakı qonşu şəhərlərdə də hiss olunub. Tələfat və ya dağıntı barədə məlumat verilməyib.
|
Tarix
2026.11.21 / 00:04
|
Müəllif
Axar.az
|