Bu ölkədən Rusiya qərarı: Hərbi attaşe ölkədən çıxarılır
00:15
| Ana səhifə Planet |
|
Danimarka hakimiyyəti Rusiya hərbi attaşesini ölkədən çıxarmaq qərarına gəlib.
Axar.az xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Rasmussen məlumat verib.
Onun sözlərinə görə, Rusiya səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Rasmussen, həmçinin Avropa ölkələrini Rusiya vətəndaşlarına viza verilməsini dayandırmağa çağırıb.
Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın müvafiq addımlar atacağını bildirib.
Qeyd edək ki, Rusiya kəşfiyyatının sentyabrın 25-də Danimarkada konsert verməli olan ukraynalı reperi öldürmək üçün iki Danimarka vətəndaşını cəlb etdiyi iddia olunur.
Danimarka hüquq-mühafizə orqanları repər qarşı hazırlanan sui-qəsd cəhdinin qarşısını alıblar.
|
Tarix
2026.11.21 / 00:15
|
Müəllif
Axar.az
|