Yuxarı

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Özbəkistan Prezidenti Şövkət Mirziyayev oktyabrın 14–15-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Özbəkistan prezidentinin mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki, səfərin əsas məqsədi Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak etməkdir.

Sammitin gündəliyinə Asiya qitəsində sülh, təhlükəsizlik və etimad mühitinin gücləndirilməsi, həmçinin təşkilatın institusional inkişafı daxildir. Tədbir çərçivəsində nəqliyyat əlaqələri, rəqəmsallaşma, dayanıqlı iqtisadi artım və digər prioritet sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçiriləcək, regional və beynəlxalq gündəliyə dair fikir mübadiləsi aparılacaq.

Şövkət Mirziyayevin səfər çərçivəsində bir sıra xarici nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

Tarix
2026.10.13 / 18:31
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla