Yuxarı

Özgə Gürəl “44” filmindən danışdı: Çox qorxurdum...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özgə Gürəl “44” filmindən danışdı: Çox qorxurdum...

Bu işə başlayarkən, bu hekayəni danışarkən çox qorxurdum. Çünki bu, ağrılı bir hekayə idi.

Kult.az APA-ya istinadla xəbər verir ki, bunu “44” filminin premyerasına həsr olunmuş mətbuat konfransında Türkiyənin tanınmış aktrisası Özgə Gürəl deyib.

“Biz sadəcə bir hekayə danışmadıq. Bu, həqiqətən yaşanmış bir hadisə idi və mənim üçün çox önəmli idi. Bunun məsuliyyəti də çox böyük idi. Biz "44" filmində bir xalqın ağrısını, mübarizəsini və həmin mübarizənin nəticəsində haqq edərək qazanılmış bir qəhrəmanlığı göstərdik.

Yaradıcı heyət olaraq bu iş bizim üçün çox fərqli idi. Çatdırmağa çalışdığımız duyğuları özümüz də həqiqətən yaşadıq. Hər bir həssas məqama diqqət yetirərək, bu hissləri dərindən yaşayaraq hekayəni anlatmağa çalışdıq. Ümid edirəm ki, tamaşaçılarımız da eyni duyğuları hiss edəcəklər.

Azərbaycandakı çəkiliş prosesi mənim özümü ən yaxşı hiss etdiyim dövr idi. Çəkiliş heyəti, rejissorlarımızla birlikdə özümü həqiqətən dost məclisindəki kimi hiss edirdim. Bu, böyük həyəcan və xoşbəxtliklə çalışdığımız bir proses idi. Ona görə də bütün işlərimiz sanki uçaraq gedirdi. Ümid edirəm ki, bundan sonrakı fəaliyyətim də belə olacaq, - aktrisa qeyd edib.

Tarix
2026.10.13 / 11:43
Müəllif
Kult.az
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Paşinyan: Azərbaycanla sülh “təməl daşı” olacaq

Prezidentlərin təkbətək görüşü oldu

Laos prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi - Foto

Musayev erməni qadını niyə vurduğunu açıqladı

İki gəmiyə dron hücumu: heyətdə 8 azərbaycanlı var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla