Yuxarı

"Sabah" qalib gəldi, tarix yazdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sabah" qalib gəldi, tarix yazdı

19:51

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" - "Slaviya" matçı üçün heyətlər açıqlanıb.

Axar.az xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:

"Sabah": 92 Stas Pokatilov (k), 3 Stiv Solvet, 4 Eyden Makkarti, 80 Akim Zedadka, 27 Timoteuş Puxaç, 7 Umarali Raxmonaliyev, 13 İvan Lepiniça, 37 Du Keyros, 11 Kahim Parris, 21 Velko Simiç, 20 Coy Lens Mikels.

Ehtiyat oyunçular: 1. Amin Ramazanov 94. Rəvan Mirzəmmədov, 5 Rəhman Daşdəmirov, 6 Abdulax Xaybulaev, 8 Kristian Nvaçukvu, 10 Aleksey İsayev, 16 Rauf Rüstəmli, 17 Tellur Mütəllimov, 33 Erivaldo Almeyda, 34 Ksander Severina, 88 Rodriqo Fernandeş , 99 Patrik Mbina.

"Slaviya": 35 Markoviç, 6 N'Qessan, 3 Holeç (k), 4 Zima, 23 Sadilek, 16 Moses, 27 Viçek, 10 Şturm, 25 Xori, 20 Ayaosi, 17 Provod.

Ehtiyat oyunçular: 29 Domkaç, 40 Rezek, 8 Kubiak, 13 Xitil, 14 İsife, 15 Suleyman, 22 Diakite, 30 Novak, 47 Barçot, 53 Kotrba, 60 Potmeşil.

***

Matç Bakı vaxtı ilə saat 20:45-də start götürüb.

***

17-ci dəqiqədə "Sabah"ın oyunçusu Parris rəqibin qapısına yol tapsa da, qol qeydə alınmayıb.

***

49-cu dəqiqədə Parris hesabı açıb: 1 - 0

***

Mikels 87-ci dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib: 2 - 0

***

Bakı Olimpiya Stadionunda Çexiyanın "Slaviya" kollektivini qəbul edən Azərbaycan çempionu 2:0 hesablı qələbəyə sevinib.

Bu, "Sabah"ın Çempionlar Liqasının əsas mərhələsində və ümumilikdə Azərbaycan təmsilçilərinin Çexiya klubları üzərində ilk qələbəsi kimi tarixə düşüb.

Xatırladaq ki, "Sabah" ilk matçda İngiltərədə "Mançester Yunayted"ə məğlub olub - 0:4. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda növbəti matçını oktyabrın 20-də "Borussiya"ya (Dortmund, Almaniya) qarşı keçirəcək.

Tarix
2026.10.13 / 22:39
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla