Yuxarı

Azərbaycanda bu qəzalı körpü bərpa ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu qəzalı körpü bərpa ediləcək

Zaqatala rayonunda yay aylarında yağan leysan yağışlardan sonra qəzalı vəziyyətə düşən körpü bərpa ediləcək.

Axar.az xəbər verir ki, rayonun Car, Axaxdərə, Taxtalar, Kikobar və Tarixlər kəndlərinin sakinləri gediş-gəliş zamanı bu körpüdən rahatlıqla istifadə ediblər. Lakin yayda Bəkməz çayına gələn selin körpünü zədələməsindən sonra sakinlərin körpüdən yararlanması çətinləşib.

Car kəndinin sakini Murad Qarayev bildirib ki, günün işıqlı vaxtında körpüdən istifadə etmək mümkün olur. Qaranlıq düşəndən sonra isə körpüdən keçmək məsləhət bilinmir. Çayın içindən isə yalnız iriqabaritli avtomobillər keçə bilir.

Car kəndinin digər sakini Hüseyn Berikov, Axaxdərə kəndinin sakini Məhəmməd Ömərov və başqaları körpünün tezliklə bərpa edilməsinin vacib olduğunu deyiblər.

Car kənd bələdiyyəsinin sədri Emin Arasov diqqətə çatdırıb ki, müvafiq qurumların nümayəndələri əraziyə baxış keçiriblər və qəzalı körpünün bərpa olunması planlaşdırılıb.

Zaqatala rayon Fövqəladə Hallar Komissiyasından da bildirilib ki, körpünün əsaslı bərpası, eləcə də həmin ərazidən keçən yolun asfaltlanması nəzərdə tutulur. Maliyyə ayrıldıqdan sonra işlər mərhələli şəkildə həyata keçiriləcək.

Tarix
2026.10.13 / 20:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla