Yuxarı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

Rusiyanın Tula vilayətində təhlükəsizlik tələblərinə uyğun gəlmədiyinə görə daha əvvəl Azərbaycana idxalına qadağa qoyulmuş “Krestyanskoye Çudo” bitki-yağlı spredin aşkarlanması və satışdan çıxarılması istiqamətində tədbirlər həyata keçirilir.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Rospotrebnadzor” qurumunun regional idarəsi məlumat yayıb.

Bildirilib ki, yoxlamaya səbəb Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin məlumatı olub. Belə ki, agentliyin mütəxəssisləri Rusiyadan idxal edilmiş “NİKA-MİLK” MMC-nin istehsalı olan məhsulu laboratoriyada araşdırarkən pozuntular aşkarlayıblar.

Laborator ekspertiza nəticəsində yağlılığı 82,5 faiz olan spredin tərkibində 3-monoxlorpropan-1,2-diolun (3-MCPD) miqdarının təhlükəsizlik tələblərinə uyğun olmadığı müəyyən edilib. Bu maddə bitki yağlarının yüksək temperaturda emalı zamanı yarana bilər və onun qida məhsullarında miqdarı müəyyən olunmuş normativlərlə məhdudlaşdırılır.

Yoxlamanın nəticələrinə əsasən, Azərbaycan məhsulun idxalını qadağan edib və ümumi çəkisi 20 ton olan partiyanı Rusiyaya geri qaytarıb.

Hazırda “Rospotrebnadzor”un mütəxəssisləri təhlükəli məhsulun satışda ola biləcəyini nəzərə alaraq, Tula vilayətindəki ticarət obyektlərində yoxlamalar aparırlar. Məhsul aşkarlandığı təqdirdə, onun satışdan çıxarılması üçün tədbirlər görülür.

Qurum, həmçinin region sakinlərindən mağazaların rəflərində “NİKA-MİLK” MMC-nin istehsalı olan “Krestyanskoye Çudo” spredinə rast gəldikləri halda, bu barədə məlumat vermələrini xahiş edib.

Tarix
2026.11.05 / 01:47
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

Zorludan təklif: Naxçıvanda keçirək!

Kestutis Budris Azərbaycana gəldi

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla