Yuxarı

Professor ermənilərin önünə niyə çıxmadı? - Cavab

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Professor ermənilərin önünə niyə çıxmadı? - Cavab

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Şəki, Zaqatala, Balakən rayonlarında referendumla bağlı ictimaiyyət qarşısında çıxışları olduğuna görə sentyabrın 24-dən 29-na qədər davam edən Şərq numizmatikası mövzusuna həsr olunan İkinci Beynəlxalq "İCON II" konfransında iştirak edə bilməyib.

Bu barədə AMEA Tarix İnstitutundan Axar.az-a daxil olan məlumatda bildirilib. Həmçinin konfransın numizmatikaya həsr olunmasına görə AMEA tərəfindən bu tədbirdə görkəmli numizmatik Əli Rəcəblinin başçılıq etdiyi nümayəndə heyətinin iştirakının münasib bilindiyi qeyd edilib:

"Xatırlatmağı özümüzə borc bilirik ki, Yaqub Mahmudov həmişə ermənilərin önündədir. Nyu York, London, Saarbrüken, Roma, Los Anceles, Mexiko və b. şəhərlərdə Y.Mahmudovun erməni yalanlarını ifşa edən əsərləri çap olunub.

Tarix İnstitutu sözügedən konfransa dəvət olunmayıb və bu barədə institut heç bir rəsmi açıqlama verməyib. İnstitut ayrı-ayrı fərdlərin elmi müəssisə barədə açıqlamaları üçün məsuliyyət daşımır. Ə.Rəcəblinin başçılıq etdiyi nümayəndə heyətinin beynəlxalq konfransda iştirakı nəticəsində ermənilərin növbəti təxribatının qarşısı alınıb".

Qeyd edək ki, bu gün AMEA-dan mediaya verilən açıqlamada sözügedən konfransda erməni təxribatının qarşısının alındığı bildirilib. Konfransda iştirak edən görkəmli alimlərimiz sırasında Yaqub Mahmudovun adının olmaması isə diqqət çəkib. Çünki Tarix İnstitutunun əməkdaşı Dilavər Əzimlinin millət vəkili Fazil Mustafaya ünvanlanan cavabında Y.Mahmudovun Peterburqa hazırlaşdığı, çıxış mətni üzərində işlədiyi, ermənilərin cavabını yerindəcə vermək üçün öz şəxsi kanallarından istifadə edərək, konfransda təmsil olunmaq istədiyi bildirilmişdi.

Tarix
2016.10.03 / 21:28
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla