Yuxarı

”Nabat”ımızın səsi Venetsiyadan gəldi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindən bəhs edən "Nabat" filmi Venesiya Beynəlxalq Film Festivalında uğurla qarşılanıb.

Axar.az xəbər verir ki, bunu "Azərbaycanfilm" kinostudiyasının baş direktoru Müşfiq Hətəmov jurnalistlərə açıqlamasında bildirib.

M.Hətəmov deyib ki, "Azərbaycanfilm" kinostudiyası tərəfindən istehsal edilən "Nabat" filmi çox uğurlu alınıb. Film 25 ildən artıq bir dövr ərzində davam edən və Azərbaycan xalqının ağrılı problemi olan Qarabağ münaqişəsindən bəhs edir. "Nabat" artıq nüfuzlu Venesiya kinofestivalına dəvət alaraq, orada nümayiş etdirilib: "Həmin filmə baxış zamanı İtaliyada bizə sual verdilər ki, niyə bu mövzuya müraciət etmişiniz? Mən isə cavab verdim ki, bu film sülhün və Qarabağ münaqişəsinin ədalətli həll olunması naminə çəkilib. O cümlədən biz bu cür filmlər çəkməklə dünyanın müxtəlif yerlərində baş verən savaşlara, insan ölümlərinə öz etirazımızı bildiririk".

Xatırladaq ki, "Nabat" filmi barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmovdan Amerikanın məşhur kinojurnalının əməkdaşı geniş müsahibə götürüb. Həmin müsahibə oktyabr aynında işıq üzü görəcək.

Tarix
2014.09.26 / 19:04
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla