Yuxarı

Azərbaycan filmi ilk dəfə… - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 7-də "Nabat" bədii filminin XIV Mərakeş Beynəlxalq Film Festivalında (Festival İnternational du film de Marrakech) nümayişi baş tutub.

Axar.az xəbər verir ki, festivalın müsabiqə proqramında yer alan filmin təqdimatı Palais des Congres - Salle des Ministres kinoteatrında keçirilib.

Mərakeş Beynəlxalq Film Festivalının möhtəşəm açılış mərasimində və filmin nümayişində ekran əsərinin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu və baş rolun ifaçısı Fatemeh Motamed Arya iştirak ediblər. "Nabat" kinotənqidçilər və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Azərbaycan filminin ilk dəfə yer aldığı Mərakeş Beynəlxalq Film Festivalı dekabr 13-dək davam edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-ci ildə istehsal olunan "Nabat" filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Xatırladaq ki, Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri Akademiyasının ən məşhur və nüfuzlu mükafatı olan "Oskar"a təqdim olunan "Nabat" bədii filmi 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında (International Filmfestival Mannheim-Heidelberg) 3 mükafata layiq görülüb . Film bundan əlavə 27-ci Tokio Beynəlxalq Film Festivalında (Tokyo İnternational Film Festival) və Venesiya Beynəlxalq Film Festivalında da iştirak edib.

Tarix
2014.12.10 / 03:55
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla