Yuxarı

Həkim terroru xəstəni bu günə qoydu – Foto/18+

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhv müalicə olunan şəkər xəstəsini ölümcül vəziyyətə salan həkimlər indi də onu müalicə etməkdən imtina edir.

Axar.az xəbər verir ki, şəkər xəstəliyindən əziyyət çəkən Kamran adlı Göyçay şəhər sakini müalicə üçün Bakıya gəlib. Olduqca sağlam vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinə gələn xəstə burada həkim səhlənkarlığının və savadsızlığının qurbanı olub.

Bununla bağlı jurnalist Elçin İsmayıllı məlumat paylaşıb. Xəstənin qohumlarının verdiyi məlumata görə, onu ölümcül duruma salan həkimlər onu müalicə etməkdən boyun qaçırıb. Hazırda ölümcül durumda olan xəstədən Bakı Sağlamlıq Mərkəzi də imtina edib. Məlumata görə, həkimlərin analiz etmədən şəkər xəstəsi olan Kamrana vurduqları iynədən sonra xəstə bu cür dəhşətli vəziyyətə düşüb.

Xəstənin qohumlarının verdiyi məlumata görə, adıçəkilən mərkəzə Səhiyyə Nazirliyindən yoxlama gəldiyi üçün xəstəni müvəqqəti olaraq reanimasiya şöbəsinə yerləşdiriblər. Ancaq mərkəz xəstədən imtina edir və müalicə etməyi boynuna götürmür:

"Kamranın durumu həddindən artıq pisdir. Onun "yandım" deyə qışqırığı ürək dağlayır. Səsinə səs verin", - deyə qohumları imdad diləyir.

Tarix
2015.01.22 / 16:40
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Rusiya sərhədimizdəki 11 postu ləğv edir

Paşinyandan sülh açıqlaması: Vaxtı çatdı

Uraloğlu: Zəngəzur dəhlizi bizim üçün çox önəmlidir

Ermənistan və İran Araz üzərində 2-ci körpünü tikə bilər

Keşiş Baqrat “Nikolu devirmək” əmrini kimdən alıb?

İran mediası Azərbaycanı hədələdi: Növbə sizdədir!

Borq İrəvanda “olmaz” dedi, Bakıda Əliyevi dəstəklədi

Qafarova və Simonyan bu tarixdə görüşəcək

Rəsmi Bakı Ermənistanla sülh sazişinin şərtlərini açıqladı

ATƏT sədri açıqladı: Bakının yaratdığı yeni reallıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla