Yuxarı

“Galaxy” və “iPhone”ların ən böyük dərdləri

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ağıllı telefonlar"ın ciddi problemləri üzə çıxır.

"Axar.az" xəbər verir ki, yeni dövr texnologiyası olan "ağıllı telefonlar" son zamanlar milyonların seçimi olmasına baxmayaraq, bu telefonlarda bir sıra problemlər mövcuddur. Bəzilərində tez-tez donma müşahidə edilir, bəziləri enerjini yaxşı saxlamır, bəziləri isə proqramları yaxşı dəstəkləmir və.s.

Araşdırma şirkəti olan "Fixya"nın məlumatına görə, enerji qənaəti məsələsində ən pis vəziyyətdə olan telefon "iPhone 5S"dir. Bu telefonlarda xüsusilə 3G açıq olduğu zaman enerji daha sürətli boşalır. İstifadəçilər də buna görə öz iradlarını bildirirlər.

Təhlükəsizlik məsələsində barmaq izi texnologiyası da istifadəçilərin ehtiyatla davrandığı vəziyyətlərdən biridir. İstifadəçilər bir çox hallarda problemə çevrilən barmaq izindənsə, şifrəli təhlükəsizliyə daha üstünlük verirlər.

Bunu nəzər alan "Galaxy" yeni istehsal ediləcək "S5" modellərində barmaq izi yerinə "göz tanıma" texnologiyasına yer verəcək. Bu sistemin nə qədər təhlükəsiz olduğu isə zamanla üzə çıxacaq.

"Samsung Galaxy S4" istifadəçilərinin ən çox şikayət etdiyi məsələ isə 13 meqapiksel kamerasının işə düşməsi zamanı cihazın həddindən artıq istilənməsidir. Bu telefon təkcə kameradan istifadə zamanı deyil, digər proqramları istifadə edən zaman da çox istilənir.

Ümumiyyətlə, "ağıllı telefonlar" insanlar üçün bir çox üstünlüklər yaratsa da, ideal işləyəcək səviyyəyə hələ çatmayıb. Çünki elə bir model yoxdur ki, hələ ondan şikayətlənməyən bir nəfər də olmasın.

Tarix
2013.11.28 / 21:15
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla