Yuxarı

DYP Xudatda reyd keçirdi: 70 sürücü saxlanıldı - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP Xudatda reyd keçirdi: 70 sürücü saxlanıldı - Foto

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xaçmaz RPŞ-nin Dövlət Yol Polisi Bölməsi tərəfindən rayonun Xudat şəhəri ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə reyd keçirilib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, reyd zamanı alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, sürücülük hüququ olmadan, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan reyd zamanı 70 sürücü saxlanılıb, 43 sürücü barəsində protokol tərtib edilib.

Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər mütəmadi olaraq davam etdiriləcək.

Tarix
2019.09.06 / 10:24
Müəllif
Axar.az
Digər xəbərlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla