Yuxarı

“Bu, Azərbaycana hava-su kimi lazımdır”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu, Azərbaycana hava-su kimi lazımdır”

"Öz nüfuzunu qaldırmaq Azərbaycana hava və su kimi lazımdır".

Bu sözləri Bakı-2015 ilk Avropa Oyunları ilə bağlı Almaniyada yaşayan Azərbaycan yazıçısı Vüqar Dəmirbəyli Axar.az-a bildirib:

"İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini olduqca müsbət hadisə sayıram. Bu, Azərbaycanın dünya miqyasında çəkisinin artmasına, ölkəmizin yaxşı tərəfdən tanınmasına daha da kömək edəcək. Bu gün müsbət imic yaratmaq, öz nüfuzunu qaldırmaq Azərbaycana hava və su kimi lazımdır, xüsusən də, MDB və Avropa miqyasında. Beynəlxalq idman yarışları bu baxımdan olduqca gözəl imkan yaradır. Doğrudur, mən uzaqdan da olsa, bu yarışlarla bağlı Azərbaycandan şikayətlər də eşidirəm. Fəqət, əgər bu cür çətinliklər varsa da, bunlar, mənim zənnimcə, ötəri bir şey olmalıdır. İdman yarışları onların keçirildiyi ölkəyə qazanc gətirir – başqa ölkələrə verilən canlı yayımlar, reklam və s. vasitəsi ilə. Bir də bu məqsədlə tikilən binalar, stadionlar, aparılan abadlıq işləri yenə də axırda Azərbaycana qalacaq. Qoy İlk Avropa Oyunları uğurlu olsun!"
Xatırladaq ki, 12-28 iyun tarixində ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarına 9 gün qalıb

Tarix
2015.06.03 / 14:47
Müəllif
Nigar An
Digər xəbərlər

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Simonyanla müzakirə apardı - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla