Yuxarı

Kitabımın təqdimatı çox maraqsız idi... – Çinarə

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kitabımın təqdimatı çox maraqsız idi... – Çinarə

Gənc yazar Çinarə Ömray bu günlərdə “Qanun” nəşriyyatı tərəfindən dərc olunan ilk kitabını – “Məcnunxana”nı oxuculara təqdim etdi.

Axar.az gənc yazarın ilk kitabı ilə bağlı təəssüratlarını öyrənib:

- Yeni kitabla oxucularla görüşdün, hansı təəssüratlar var?

- Oxucu deyəndə, əksəriyyəti dostum idi. İndi adamı ancaq dostları oxuyur da. Onların da yazılarım haqda təəssüratları ilə əvvəldən tanış idim. “Oxucularla görüş” deyib o qədər böyütməyək. İmza günü idi, bir az da yuvarlaqlaşdırsaq, dostlarla növbəti bir görüş.

- Kitab müəllifi olmağın sevinci başqa sevinclərdən nə ilə fərqlənir?

- Vallah, mən heç vaxt içdən nəyəsə o qədər sevinə, “bu, mənimdir”, - deyib çox şeyi mənimsəyə bilməmişəm. Elə bil ki, sevinc məndən uzaqdır. Əvvəl deyirdilər, ana olanda bu hissləri yaşayacaqsan. Ana oldum, çox normal bir hal kimi qəbul etdim, deyilənlər olmadı (gülür). Sonra “kitabın çıxsın bu hissləri yaşayacaqsan”, - dedilər. Yəni bildiyiniz son sevinmək ümidim bu kitab idi. O da elə-belə, hiss, sevinc-filan yox idi. Bir az utanmaq var idi. Hamı eyni sualı verirdi: “Niyə qızarmısan?” Mən utananda qıpqırmızı oluram, axı.

- Yaxşı, utancaq qız, gələcək planların haqda nə deyə bilərsən?

- Daha geniş mətnlər üzərində çalışacağam. Bu kitabda redaktorum Pərviz Cəbrayıl idi. Ondan çox şey öyrəndim. Adam tək redaktorluqla kifayətlənməyib, mənə ədəbiyyat dərsi də keçdi. Yazdığım mətnlərə dəfələrlə geri qaytardı məni. Bir çox incəlikləri yenidən işləməyə məcbur etdi. Ona minnətdarlıq hisslərim var. Və yeni yazılarımda ondan öyrəndiklərimi tətbiq etməyə çalışacağam. O ki qaldı kitabımın təqdimatına, doğrudan da, çox maraqsız idi. Bir də kitabım nəşr olunsa, imza günü keçirməyəcəyəm.

Tarix
2016.12.22 / 08:45
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla